Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyaya işləmək üçün gedən bir çox türk mühacirdən fərqli olaraq, casusluq üçün bu ölkədə olan bir avtomexanik haqqında heç vaxt eşitməmişik.
Üstəlik, bu qeyri-adi casusluq hekayəsi sadəcə yanlış adlandırma ilə başlayır.
Daha yaxşı bir həyat qurmaq ümidi ilə Almaniyaya gedən Hüseyn Yıldırım, bilmədən soyuq müharibənin kölgəsində aparılan informasiya müharibəsinin ortasına çəkilir.
Bəs necə? Sfera.az bu maraqlı tarixi hadisənin təfərrüatlarını təqdim edir.
Almaniyada avtomobil ustası kimi yaşayan Hüseyn Yıldırım əlavə gəlir əldə etmək üçün bankda kredit məsləhətçisi də işləyirdi.
Bir gün iş üçün Şərqi Almaniyaya gedəndə həyatını tamamilə dəyişəcək bir tanışlığın təməli qoyulur.
Burada restoranda bir alman yaxınlaşıb, Yıldırımla münasibət qurub və onunla tez-tez görüşməyə başlayıb.