“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” Razi Nurullayev | Icma.az
Icma.az, Bizim media saytına istinadən bildirir. “İnsanlarımız bəzən gecə qazı söndürməyi unudurlar, yaxud da soyuqdur deyə söndürmürlər.
Ona görə də belə faciələr baş verir”.Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev son vaxtlar aktuallaşan dəm qazından zəhərlənmə və ölüm halları ilə bağlı məsələdən danışarkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:18 gündə 11 ÖLÜM – Dəm qazından vaxtsız ölümlərin günahkarı kimdir?
Deputat vətəndaşların öz təhlükəsizliyinin qeydinə qalmadığı qənaətindədir: “Mən soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmaram.
Çünki nə bilmək olar, bəlkə gecə mən yatdığım zaman qaz sönəcək?
Hətta təhlükəsizlik qaydalarına cavab verən cihaz olsa belə, ehtiyatlı olmaq lazımdır. Bəlkə o məqamda cihaz işləmədi, sıradan çıxdı.
O baxımdan vətəndaş da gərək öz təhlükəsizliyini düşünsün.Bizim vətəndaşlar öz təhlükəsizliyini birinici yerə qoymurlar.
Dövlət orqanları da hərdən-birdən buna barmaqarası baxır. Eyni xalqın nümayəndələriyik. Bəlkə də bu, bizim ənənələrimizdən irəli gəlir.
Tam oxu
Xəbəri oxu