Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir. Zirinc orqanizmə güclü müalicəvi təsir göstərir.
Qədim Misirdə ondan qanı təmizləmək məqsədilə istifadə edilib. Tibet monastrlarında zirinc cavanlaşma dərmanı kimi saxlanılıb.
MDB ölkələrində zirincin kökündən, gövdəsindən və meyvələrindən qanaxma, iltihab əleyhinə istifadə edilib.
Sağlamolun.az zirincin potensial sağlamlıq faydalarını təqdim edir: Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir.
Soyuqdəymə xəstəlikləri zamanı zirincdən xəstəliyin əlamətlərinin azaltmaq məqsədilə istifadə edilir.
Onun qızdırmasalıcı, ağrıkəsici xüsusiyyətləri də var. Qaraciyər, sidik sistemi üzvlərinin xəstəlikləri zamanı da zirincin faydası böyükdür.
Tibb sahəsində ondan hazırlanan dərmanlardan istifadə olunur.
Bədxassəli şişlərin müalicəsində istifadə edilən bitki dəmləməsinin əsas tərkibini zirinc təşkil edir.