Soyuqlar bitdi: temperatur 14 dərəcəyə qalxır

03.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Axar.az “Meteo.az”a istinadla xəbər verir ki, növbəti üç gün ölkədə hava mülayim keçəcək.

Sabahdan temperatur getdikcə artacaq və 6 mart tarixində Bakıda 14 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə isə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью