Söyüş söydüyünə görə vintaçanla vurdum Salam almaq üstündə qətl | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs Əliyev Vüqar Əjdər oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, ilkin olaraq dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.
Məlum olub ki, hadisə şəxsi münasibətlər zəmində baş verib və Vüqar Rasim Əhmədovu vintaçanla vurub öldürüb.
Həmçinin məlum olub ki, Vüqar Əliyev əvvəllər narkotik vasitələrin istifadəsi maddəsi ilə məhkum olunub.
Məhkəmənin növbəti gedişində hakim Vüqar Əliyevin təqsirli olub-olmamasını soruşub.
Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü tam təqsirli bilib.
İfadə verərək bildirib ki, hadisə törədən zaman hər ikisi içkili olub: "Mən işdən evə gedirdim, mebel sexində işləyirdim.
Tam oxu
Xəbəri oxu