Söyüş üstündə dava düşdü Bıçaqlanan var

12.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Şəmkir rayonunda söyüş üstündə düşən dava bıçaqlanma ilə bitib.

Moderator.az xəbər verir ki, rayonunun Dəllər Cırdaxan kənd sakini 2008-ci il təvəllüdlü Elmir Cəfərov 1986-cı il təvəllüdlü Pərviz Əliyevi bıçaqlayıb.  

İlkin məlumata görə, hadisəyə səbəb kimi zərərçəkən şəxsin qarşı tərəfi söyməsi olub. Bıçaqlanan P. Əliyevin Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью