Icma.az bildirir, Lent az portalına istinadən.
APA TV-nin “Söz qaytaran” verilişində ölkədə və dünyada baş verən diqqətçəkən hadisələr müzakirə olunub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, verilişdə Bakıda 8 Noyabr – Zəfər Günü ərəfəsində aparılan yol-tikinti işlərinə geniş yer ayrılıb. Lent.az-ın da işıqlandırdığı tikinti işlərinin gedişi və mövcud vəziyyət diqqətə çatdırılıb.
Həmçinin avtobusa minən bəzənmiş qızla bağlı yaranan mübahisə və sərnişinlər arasında baş verən dava müzakirə edilib.
Verilişin digər maraqlı mövzusu isə 28 il dünyanı piyada gəzərək evinə qayıdan şəxsin qeyri-adi səyahəti olub.
Bunlarla yanaşı, gündəmdə olan digər hadisələrlə bağlı süjetlər də təqdim edilib.