Söz vermişik, 2030 cu ilə qədər hazır olacaq Tiflis

21.04.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası əhaliyə söz verib ki, ölkə 2030-cu ilə qədər AB-yə üzv olmağa namizəd digər dövlətlərlə müqayisədə daha çox hazır olacaq.

Axar.az xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilib.

“Baxmayaraq ki, Avropa bürokratiyası hələ də Gürcüstanı şantaj etməklə qeyri-demokratik qüvvələri hakimiyyətə qaytarmağa çalışır, biz ictimaiyyətə söz veririk ki, siyasi komandamız bütün çətinliklərin öhdəsindən layiqincə gələcək, Gürcüstan 2030-cu il üçün elan olunmuş AB-nin genişlənməsinə bütün namizəd ölkələr arasında ən hazırlıqlı ölkə olacaq. Ümid edirik ki, o vaxta qədər bugünkü Brüssel bürokratiyası AB-nin və Avropanın gələcəyinə yönəlmiş ləyaqətli, müstəqil elita ilə əvəz olunacaq”, - qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью