Sözcü TV”də əməliyyat: saxlanılanlar var

17.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə “Sözcü TV” telekanalının binasında polis əməliyyatı keçirilib, kanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, NTV telekanalının məlumatına görə, səhər saatlarında polis əməkdaşları “Sözcü TV”nin binasında axtarışlara başlayıblar. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Əməliyyat çərçivəsində şirkətin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül saxlanılıblar.

“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, telekanala və “sozcu.com.tr” xəbər saytına Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilib.

Vəkilin sözlərinə görə, qərar əvvəllər məhkəmə baxışından keçmiş cinayət işi ilə əlaqədardır.

Barkın iddia edib ki, axtarışlar Ali Kassasiya Məhkəməsinin (Yargıtay) daha əvvəl qanun pozuntusu müəyyən etmədiyi iş əsasında İstanbul Baş Prokurorluğunun təşəbbüsü ilə həyata keçirilir.

O vurğulayıb ki, qəyyum təyin edilməsi barədə qərar hazırda yalnız “Sözcü TV” telekanalını və “sozcu.com.tr” saytını əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью