Sözə baxmayan Baydeni həyat yoldaşı kosmosa göndərir

16.11.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil bəzən onu kosmosa göndərməklə hədələyir. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti özü açıqlama edib.

Peru prezidenti Dina Boluarte ilə görüş zamanı Bayden ona kosmosun tədqiqi sahəsində əməkdaşlığa görə təşəkkür edib və NASA rəhbəri Bill Nelsonun rolunu vurğulayıb.

“Hər dəfə həyat yoldaşım onun sözlərinə əhəmiyyət verməyəndə deyir ki, məni kosmosa göndərmək üçün Bill Nelsona zəng edəcək”, - deyə Co Bayden bildirib. 

Bayden NASA-nın bu ideyanı dəstəkləyəcəyindən qorxduğunu bildirib. 

Bütün bunları zalda olanlar gülüşlə qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью