Sözü ilə əməli bir olan çağdaş dünyamızın ən qətiyyətli və müdrik LİDERİ! | Icma.az
Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır. Sözü ilə əməli bir olan çağdaş dünyamızın ən qətiyyətli və müdrik LİDERİ!
Ulu Öndər Heydər Əliyev haqqında çoxlu sayda tarixə həkk olmuş dəyərli fikirlər var, onların hamısı xalqımız üçün doğmadır, həqiqətdir.
Lakin bunların arasında ən çox bəyəndiklərimdən “Heydər Əlliyev yaşadığı zamanın və siyasi quruluşların şəriksiz Qalibi və Qəhrəmanıdır” fikridir.
Çünki bir cümləlik lokanik fikirdə Ulu Öndərimizin həm milli, həm də qlobal portreti dəqiq təsvir olunur.
Ulu Öndərimiz Heydər Əliyevin ruhunu şad edən və Onun vəsiyyətini fədakarlıqla yerinə yetirən, dünyada heç bir siyasi liderin bacara bilmədiyini bacaran əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi portretini hansı sanballı cümlə ilə ifadə etməyin mümkünlüyü haqqında düşünərkən, bir fikrin üzərində dayandım: Sözü ilə əməli bir olan çağdaş dünyamızın ən qətiyyətli və müdrik Lideri, İLHAM ƏLİYEV!
Bu mənada bəzi həqiqətləri təkrarlamaq yerinə düşərdi: BİRİNCİ, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçiləndə ərazi bütövlüyümüzü və suverenliyimizi qoruyacağına, milli maraqlarımızı və vətəndaşlarımızın maddi rifahını təmin edəcəyinə, ölkəmizi dünyada söz sahibi edəcəyinə, müstəqil siyasət aparacağına, Heydər Əliyev siyasətinə sadiq qalacağına və hər bir azərbaycanlının Prezidenti olacağına söz verdi və sözünə də əməl etdi.
Qədirbilən xalqımız isə Prezidentimizə dəstəyini əsirgəmədi, hər zaman Onun yanında durdu, siyasətini dəstəklədi, 2008-ci ildə 88,73 faiz, 2013-cü il 84,54 faiz, 2018-ci ildə 86,02 faiz, 2024-cü ildə, Zəfər seçkisində isə 92,12 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçdi.
İKİNCİ, möhtərəm Prezidnetimiz Ulu Öndərin yaratdığı idarəetmə sistemini dövrün tələblərinə və çağırışlarına uyğun olaraq çox böyük ustalıqla daha da təkmilləşdirdi, rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi formalaşdırdı, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Tam oxu
Xəbəri oxu