Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Vaqif Poeziya Günləri çərçivəsində silsilə mədəni-ədəbi tədbirlərin keçirilməsinə başlanılıb.
XQ xəbər verir ki, tədbirlər çərçivəsində təşkil olunan ilk görüş görkəmli söz ustadı Aşıq Ələsgərin vəfatının 100 illik ildönümünə həsr olunmuş "Sözün aşığı, sözün aşiqi" adlı ədəbi-bədii gecə olub.
Tədbirdə çıxış edən natiqlər Aşıq Ələsgərin zəngin yaradıcılıq yolundan, onun Azərbaycan aşıq məktəbinin inkişafındakı misilsiz xidmətlərindən və milli-mənəvi irsimizin zənginləşməsinə verdiyi töhfələrdən geniş bəhs ediblər. Vurğulanıb ki, böyük sənətkarın irsi bu gün də öz bədii aktuallığını qoruyub saxlayır, onun fəlsəfi poeziyası və saz sənəti gənc nəsillər üçün dəyərli mənəvi xəzinə rolunu oynayır.
Məruzələrdə, həmçinin Aşıq Ələsgər yaradıcılığının təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq mədəni irsinin ən parlaq və mühüm tərkib hissələrindən biri olduğu xüsusi qeyd edilib.
Ədəbi-bədii hissə ilə davam edən tədbirdə aşıqların ifasında sənətkarın qoşmaları, gəraylıları səsləndirilib və dastanlarından parçalar təqdim olunub.