S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb

07.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiya proqnozunu 3 %-dən 2%-ə endirib.

“APA-Economics” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

Agentlik 2025-ci il üzrə Azərbaycanda 4%, 2026-2027-ci illər üçün orta illik inflyasiya gözləntilərini 3% müəyyən edib. Başqa sözlə, S&P bu il üzrə proqnozunu 1% bəndi azaldıb, 2025-ci il üzrə 1% bəndi artırıb, 2026-2027-ci illər üzrə proqnozunu dəyişməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью