S&P: Azərbaycanın likvid aktivləri 79%i ötəcək

09.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın likvid aktivləri 2024 və 2025-ci illər üzrə artaracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozunda qeyd edilib.

"S&P" hesab edir ki, Azərbaycanın likvid aktivlərinin ümumdaxili məhsulda çəkisi 2023-cü ildəki 69,1%-dən bu il 78,7%-ə yüksələcək. 2025-ci ildə isə bu rəqəm 79,4%-ə yüksələcək.

Reytinq agentliyi 2026-cı il üzrə Azərbaycanın likvid aktivlərinin 76,9%, 2027-ci ildə isə 74,2% təşkil edəcəyini proqnozlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью