Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzun və qısa müddətli xarici və yerli valyutada suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və ölkə üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib.“APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyindən bildirilib.Bununla belə vurğulanıb ki, daha sonra reytinqlər emitentin – Azərbaycan hökumətinin – müraciəti əsasında geri götürülüb.
Agentliyin məlumatına əsasən, proqnozun yaxşılaşdırılması Azərbaycan ilə Ermənistan arasında gərginliyin azalması, davamlı de-eskalasiya, sülh razılaşmasına doğru irəliləyiş və hər iki ölkədə 2026-cı il büdcəsində müdafiə xərclərinin azaldılması ilə bağlı gözləntiləri əks etdirib.
S&P qeyd edir ki, bu amillər münaqişə risklərini azaldır və davamlı olduğu halda investor etimadını artıraraq orta müddətli iqtisadi artımı dəstəkləyə bilər.
S&P həmçinin Azərbaycanın güclü fiskal və xarici mövqeyinin qorunduğunu vurğulayıb.
Dövlət Neft Fondu (SOFAZ) tərəfindən idarə olunan böyük aktivlər, davamlı xalis hökumət aktiv mövqeyi və aşağı dövlət borcu ölkəyə “əlamətdar şok-uduculuq qabiliyyəti” verir və makroiqtisadi sabitliyi təmin edir.
Agentlik Azərbaycanın sülh prosesində irəliləyiş əldə etdiyini, xüsusən də 2025-ci il avqustun 8-də ABŞ vasitəçiliyi ilə imzalanmış birgə bəyanatın əhəmiyyətini qeyd edib.
Bu sənəd qarşılıqlı tanınma, ərazi iddialarından imtina, sərhədlərin delimitasiyası və regional nəqliyyat yollarının açılmasını nəzərdə tutur.