“S&P”: Fransanın sənaye sektorunu ağır günlər GÖZLƏYİR

02.12.2024

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin noyabr ayında Fransanın istehsal sektoru həm daxili, həm də xarici tələbatın zəifləməsi fonunda koronavirus (COVID-19) pandemiyasının 2020-ci ildəki ilk dalğasından bəri ilk dəfə sifarişlərin kəskin azalması ilə üzləşib.

Bu barədə Redaktor.az “S&P Global”ın araşdırmasına istinadən xəbər verir.

Məlumata görə, ötən ay HCOB istehsal sektorunda Satınalma Menecerləri İndeksi (PMI) oktyabr ayındakı 44,5 bənddən 43,1 bəndə düşüb.

Yeni sifarişlər alt indeksi isə 35,9 bənd təşkil edib. Bu da sənaye sektoru üçün ağır dövrün hələ qarşıda olduğunu göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью