“S&P Global” Fransanın kredit reytinqi üzrə proqnozunu dəyişib

28.11.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P Global” Fransanın kredit reytinqi üzrə proqnozunu dəyişib.

Banco.az xəbər verir ki, “S&P Global”ın açıqlamasında Fransanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli kredit reytinqlərinin “A+/A-1” səviyyəsində təsdiqləndiyi bildirilib.

Ölkənin kredit reytinqi üzrə proqnozunun isə “sabit”dən “mənfi”yə dəyişdirildiyi qeyd olunub. Açıqlamada bildirilib: “Mənfi proqnoz böyük büdcə kəsirinin necə aradan qaldırılması ilə bağlı siyasi razılığın zəif olduğu şəraitdə aşağı iqtisadi artım gözləntiləri ilə yanaşı dövlət borcunun artmasını əks etdirir”.

Həmçinin bildirilib ki, növbəti iki ildə yüksək büdcə kəsiri əhəmiyyətli dərəcədə azaldılmasa və ya iqtisadi artım uzun müddət proqnozlardan aşağı qalsa, Fransanın kredit reytinqi aşağı salına bilər. Əksinə, büdcə kəsiri gözləniləndən daha sürətlə azaldılsa və iqtisadi artım sürətlənsə, reytinq üzrə proqnoz yenidən “sabit” səviyyəyə yüksəldilə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью