Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", səviyyəsinə yüksəldib, reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Qeyd edilib ki, bu qərar şirkətin maliyyə risklərinin daha güclü idarə olunması və kapitalı
“S&P Global Ratings” agentliyinin açıqlamasında bildirilir ki, “PAŞA Sığorta” 2024-cü ildə Azərbaycanın sığorta bazarında lider mövqeyini qo
Şirkətin ümumi sığorta haqları 2024-cü ilin ilk 10 ayı ərzində 264 milyon AZN təşkil edib ki, bu da bazarın böyük hissəsini əhatə edir.
Belə ki, qeyri-həyat sığorta sektorunda şirkətin bazar payı 2023-cü illə müqayisədə 49%-dən 53%-ə qalxmışdır, Əlçətan müştəri xidmətləri, brendin tanınma faizinin yüksək olması və diversifikasiya olunmuş biznes modeli şirkətə rəqabət üstünlüyü təmin edir.
“S&P Global Ratings” in reytinq üzrə “Sabit” proqnozu isə “PAŞA Sığorta”-nın rəqabət üstünlüklərini, yüksək kapital adekvatlığı və sabit aktiv keyfiyyətini növbəti 12 ay ərzində qoruyacağına dair gözləntiləri əks etdirir.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir.