Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Bu günlərdə açıqlanan reytinq cədvəlində "Space" televiziyası yenə də reytinq cədvəlinin ön sıralarında yer alıb.
525.az xəbər verir ki, "Space" televiziyasının yenidən reytinq cədvəlinin ön sıralarında qərarlaşması kanalın son dövrlərdə həyata keçirdiyi yenilənmə siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilir. Son aylarda kanalda aparılan struktur və məzmun islahatları, proqram siyasətinin yenilənməsi, yeni televiziya layihələrinin efirə çıxarılması və peşəkar kadr potensialının gücləndirilməsi tamaşaçı auditoriyasının marağının artmasına səbəb olub. Xüsusilə xəbər və ictimai-siyasi proqramların operativliyi, aktual mövzuların işıqlandırılması və əyləncə layihələrinin müxtəlif yaş qruplarının maraqlarına uyğun hazırlanması"Space" televiziyasının izləyici sayına müsbət təsir göstərib.
Televiziya sahəsində uğurun əsas şərti tamaşaçının etimadını qazanmaqdır. Bunun üçün isə davamlı yenilənmə, peşəkar komanda və keyfiyyətli məzmun vacibdir. "Space" televiziyasında son dövrlərdə həyata keçirilən dəyişikliklər məhz bu istiqamətdə atılan addımların nəticəsi kimi görünür. Reytinq göstəricilərinin yüksəlməsi tamaşaçıların bu yenilikləri müsbət qiymətləndirdiyini göstərir.
Tteleviziya məkanında rəqabətin artdığı, rəqəmsal platformaların sürətlə inkişaf etdiyi bir dövrdə ənənəvi televiziya kanallarının uğur qazanması üçün innovativ yanaşma, operativ informasiya siyasəti və tamaşaçı maraqlarının düzgün öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
"Space" televiziyasının əldə etdiyi nəticələr onu göstərir ki, düzgün idarəetmə, məqsədyönlü islahatlar və peşəkar kollektiv qısa müddətdə mühüm nəticələr verə bilir. Kanalın reytinq cədvəlinin ön sıralarında qərarlaşması təkcə cari uğur deyil, həm də gələcək inkişaf üçün mühüm stimul hesab olunur.