Space TV də daha iki verilişin yayımı dayandırılıb

27.04.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb.
Demokrat.az Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə məlumat verən jurnalist Arifə Əliyevanın sözlərinə görə, "Ağakərimlə Mətbəx" və "Sevilən Səhər" verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.
"Sevilən səhər" verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib.
O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib:
"Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi", - deyə aparıcı qeyd edib.
Bundan öncə "Banu" verilişinin də çəkilişləri dayandırılmışdı.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью