Space TV də yenilik: Köhnə verilişlər bərpa olunur

29.07.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

"Space TV"də yeni layihələrin reallaşdırılması panlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.
 

"Kontentlə bağlı planlar var. Köhnə layihələr əsasında daha müasir, gənc auditoriyanın baxa biləcəyi layihələr üzərində iş gedir", - o bildirib və əlavə edib ki, sentyabrın sonları, oktyabrın əvvəllərində yeni verilişlər yayımlanacaq.


Onun sözlərinə görə, telekanalda daha əvvəl yayımlanmış "Çardaq" və "Mən də varam" kimi verilişlərin bərpası gözlənilir. (report.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью