Space TV də yüksək vəzifəyə təyinat

16.06.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub.

Milli.Az Olke.az-a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"in bədii rəhbəri vəzifəsinə gətirilib.

42 yaşlı N.Qafuroğlu bu təyinata qədər ARB 24 televiziyasının baş prodüseri vəzifəsində çalışıb.

Qeyd edək ki, mayın əvvəlində "Space"də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Həmin posta Ayaz Mustafayev təyin olunub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью