“Space” TV nin əməkdaşı məktəbdə hücuma məruz qalıb

01.03.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Space” TV-nin əməkdaşı Xırdalan şəhər 5 saylı tam orta məktəbə istiliyin verilməməsi ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıb.
Reyting.az
xəbər verir ki, bu barədə telekanaldan bildiriblər.
Qeyd edilib ki, əvvəlcə özlərini valideyn kimi təqdim edən bir neçə qadın çəkilişə mane olmaq istəyib. Onlardan biri jurnalistin ünvanına nalayiq ifadələr işlədib.
Daha sonra özünü gah idman müəllimi, gah da məktəbin idman zalını icarəyə götürən şəxs kimi təqdim edən gənc oğlan çəkilişə maneələr yaradıb. Sonradan məlum olub ki, onun məktəblə heç bir əlaqəsi yoxdur.
Müdaxilə zamanı telekanala məxsus mikrofonun suya düşərək zədələndiyi bildirilir.
Ətraflı videoda:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью