Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq. SpaceX şirkəti Falcon 9 raketdaşıyıcısı vasitəsilə əlavə 56 Starlink peykini orbitə bu
Peyk izləyicisi Conatan Makdauellin hesablamalarına görə, bu 10 min peykdən hazırda təxminən 8 608-i fəaliyyət göstərir.
Starlink peyklərinin istismar müddəti təxminən beş ildir, bu müddət bitdikdən sonra onların orbitdən çıxarılaraq atmosferdə yanması təmin edilir.
Qeyd edək ki, ilk Starlink prototipləri 2018-ci ilin fevralında, kommersiya xidməti isə 2021-ci ildə işə salınıb.Space Exploration Technologies Corp.
(SpaceX) — ABŞ-a məxsus aerokosmik şirkətdir.Onun qərargahı Texas ştatındakı Starbase tədqiqat mərkəzində yerləşir.
2002-ci ildə təsis olunandan bəri şirkət raket mühərrikləri, çoxdəfəli raketdaşıyıcılar, pilotlu kosmik uçuşlar və peyk sistemləri sahəsində böyük nailiyyətlər qazanıb.
2025-ci ilə olan vəziyyətə görə, SpaceX dünyada raket buraxılışı xidmətləri sahəsində aparici və dominant şirkət sayılır, həm özəl, həm də milli proqramları, o cümlədən Çin proqramını əhəmiyyətli dərəcədə geridə qoyur.
SpaceX-in 12 000 peykin buraxılmasına icazəsi var və şirkət 30 000-dən çox peykdən ibarət bir şəbəkə qurmağı planlaşdırır.