“SpaceX” ABŞ Kosmik Qüvvələri üçün peyklər daşıyan raket buraxıb

22.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 noyabr, AZƏRTAC

ABŞ-nin “SpaceX” şirkəti ölkənin Kosmik Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulan kosmik aparatları daşıyan “Falcon 9” raketini orbitə buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.

“Falcon 9” raketinin USSF-317 missiyasının faydalı yükünü orbitə çıxardığı bildirilib.

Raket noyabrın 20-də axşam saatlarında ABŞ-nin Kaliforniya ştatında yerləşən Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb.

Kosmik aparatların texniki xüsusiyyətləri və təyinatı barədə məlumat açıqlanmayıb. ABŞ-nin “Spaceflight Now” ixtisaslaşmış nəşrinin məlumatına görə, orbitə, ehtimal ki, bir neçə peyk çıxarılıb. Lakin bu məlumatı nə ABŞ Kosmik Qüvvələri, nə də “SpaceX” təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью