“SpaceX” “Baykar”ın ilk peykini orbitə çıxardı

15.01.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“SpaceX” türk pilotsuz təyyarə istehsalçısı “Baykar”ın iştirakı ilə yaradılmış “Fergani Space” şirkətinin ilk peykini orbitə çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, “FGN-100-d1” peyki “SpaceX”in “Falcon 9” raketi ilə “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.
Agentliyin məlumatına görə, buraxılış ABŞ-dəki Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.
Orbitə buraxılan ilk türk peyki qlobal mövqe təyinetmə sistemi yaratmaq üçün hazırlanıb.
Raket kubsat, mikropeyk və orbital aparat da daxil olmaqla 131 faydalı yükü kosmosa çıxarıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью