Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.
SpaceX aerokosmik şirkəti mobil telefonlara birbaşa qoşulmaq üçün ilk 20 Starlink peykini orbitə çıxarıb. Bu barədə SpaceX-in sahibi İlon Mask X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, bu, ucqar ərazilərdə və ya yerüstü infrastrukturun zədələndiyi fövqəladə hallarda rabitədən istifadə etməyə imkan verəcək. Hazırda kanalın tutumunun təqribən 10 Mbit/s olduğu, lakin gələcək peyklərin daha məhsuldar olmasının planlaşdırıldığı qeyd edilir.
2022-ci ilin yayında SpaceX və T-Mobile operatoru smartfonlarda peyk internetinin işə salınması layihəsini elan edərək, onu 2023-cü ildə işə salmaq planlarını açıqlayıb. Layihə çərçivəsində telefonları peyk şəbəkəsinə əlavə cihazlardan istifadə etmədən birbaşa qoşmağa imkan verən Direct to Cell sistemi hazırlanır.
Aytac
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Onun sözlərinə görə, bu, ucqar ərazilərdə və ya yerüstü infrastrukturun zədələndiyi fövqəladə hallarda rabitədən istifadə etməyə imkan verəcək. Hazırda kanalın tutumunun təqribən 10 Mbit/s olduğu, lakin gələcək peyklərin daha məhsuldar olmasının planlaşdırıldığı qeyd edilir.