“SpaceX” gizli orbital təyyarə buraxıb

22.08.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


ABŞ Kosmik Qüvvələrinin sirli “X-37B” orbital təyyarəsinin yeni, səkkizinci missiyası başlayıb.
Reyting.az
xəbər verir ki, bu barədə Space.com portalı məlumat yayıb.
Pilotsuz “X-37B”, “SpaceX”in “Falcon 9” raketi ilə buraxılıb. Buraxılış yeri Floridadakı Kennedi Kosmik Mərkəzi olub.
“Falcon 9”-un birinci mərhələsi planlaşdırıldığı kimi, buraxılışdan sonra Yerə qayıdıb. Bu arada, raketin yuxarı pilləsi “X-37B”ni aşağı Yer orbitinə çıxardıb.
Kosmik təyyarə müxtəlif tapşırıqları yerinə yetirəcək. “X-37B”-nin dəqiq nə vaxt və harada yerləşdiriləcəyi məlum deyil. “SpaceX” raketin enişindən dərhal sonra buraxılışın yayımını dayandırıb.
Məlumdur ki, “X-37” faydalı yükünə lazer rabitə texnologiyaları daxildir. Sonuncu ABŞ kosmik arxitekturasının sabitliyini artırır. Digər komponentlər, xüsusən, qabaqcıl kosmik naviqasiyanın sınaqdan keçirilməsi ilə əlaqədardır.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью