SpaceX ilk dəfə maliyyə göstəricilərini açıqlayıb: gəlirlər 90 faiz artıb

05.08.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən böyük kosmik şirkətlərindən biri olan "SpaceX" ilk dəfə maliyyə nəticələrini açıqlayıb. Şirkətin 2026-cı ilin aprel-iyun aylarında gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 90 faiz artaraq 7,8 milyard dollara çatıb.

Bizimyol.info xəbər verir ki, hesabata görə, "SpaceX" ötən ilin eyni dövründə 4,1 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin gəlirlərində əsas artım süni intellekt və “Starlink” bölmələrinin payına düşüb. Süni intellekt sahəsindən əldə olunan gəlirlər bir il ərzində üç dəfədən çox artaraq 2,6 milyard dollara yüksəlib.

Məlumata görə, “Starlink” son rübdə 4,2 milyard dollar gəlir gətirib, kosmik əməliyyatlar bölməsinin gəliri isə 962 milyon dollar təşkil edib.

Bununla belə, böyük investisiyalar səbəbindən "SpaceX" hələ də zərərlə işləyir. Şirkətin kapital xərcləri 18,37 milyard dollara çatıb. Süni intellekt bölməsi isə yüksək xərclərə görə rüb ərzində 1,5 milyard dollar zərər edib.

Buna baxmayaraq, şirkətin ümumi itkiləri azalmaqda davam edir. Son rübdə "SpaceX"in zərəri 143 milyon dollara qədər enib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью