SpaceX in​ kosmik gəmisi uğurla Yerə qayıtdı

05.04.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

İlk mülki heyəti qütb orbitinə aparan "Crew Dragon" kosmik gəmisi uğurla Yerə qayıdıb.

Metbuat.az xəbər verir ki, "SpaceX"in kosmik gəmisi Kaliforniya sahillərinə enib. Dörd nəfərdən ibarət ekipajda sahibkar Çun Vanq (Malta), kinorejissor Jannike Mikkelsen (Norveç), robot texnikası üzrə mütəxəssis Rabea Roqqe (Almaniya) və peşəkar səyahətçi Erik Filips (Avstraliya) yer alıb.

Uçuş zamanı astronavtlar bir sıra eksperimentlər aparıb, həmçinin planetin Şimal və Cənub qütbləri üzərində uçublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью