SpaceX raketi ABŞ nin kəşfiyyat peyklərini orbitə çıxarıb

13.04.2025

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“SpaceX” şirkətinin “Falcon 9” raketi şənbə günü ABŞ kəşfiyyat peyklərinin növbəti partiyasını orbitə çıxarıb.

Bu barədə ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyati İdarəsi bildirib.

Məlumata əsasən, raket Sakit okean vaxtı ilə saat 05:25-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında “SLC-4E” buraxılış meydançasından buraxılıb. Təxminən iki saatdan sonra peyklər təyin olunmuş orbitə daxil olublar.

“NROL-192” missiyası çərçivəsində ötən ildən bəri mini-optik-elektron kəşfiyyat peyklərinin doqquzuncu partiyası orbitə çıxarılıb.

Mini-peyklərin təyinatı və onların sayı haqqında ətraflı məlumat məxfidir.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью