“SpaceX” şirkəti 24 “Starlink” peykini orbitə çıxardı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

05.12.2024

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin kosmik şirkəti "SpaceX" Florida ştatındakı Kanaveral burnundan Falcon 9 raketi ilə 24 "Starlink" peykini uğurla orbitə çıxarıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, peyklərin məqsədi etibarlı internetə çıxışı olmayan əraziləri yüksəksürətli genişzolaqlı internetlə təmin etməkdir.

Şirkət daha sonra açıqlamasında 24 peykin orbitə yerləşdirildiyini təsdiqləyib.

Bu, həmin missiyanı dəstəkləyən birinci mərhələ gücləndiricisinin 24-cü uçuşu idi.

Şirkətdən verilən məlumata görə, "Starlink" internetin mövcud olmadığı, etibarsız və ya bahalı olduğu bölgələrə yüksək sürətli genişzolaqlı internet gətirəcək.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью