“SpaceX” “Starlink” peyk internet terminalının yeni versiyasını təqdim edib

11.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 noyabr, AZƏRTAC

“SpaceX” şirkəti kompakt “Starlink Mini 2” peyk internet terminalının yeni versiyasını təqdim edib. Cihaz peyk antenası, Wi-Fi router və batareyanı birləşdirərək daimi enerji bağlantısı olmadan internetə çıxış imkanı yaradır.

AZƏRTAC “The Verge” texnologiya nəşrinə istinadla xəbər verir ki, cihazın qiyməti 999 dollardır. Bu qiymətə, həmçinin “SpaceX”in 2100 dollara başa gəldiyi təxmin edilən “Roam Unlimited” planına illik abunə haqqı da daxildir.

Şirkətin məlumatına görə, daxili batareya 4,5 saata qədər enerji təmin edir. Bu müddət ayrıca satılacaq əlavə dəyişdirilə bilən batareyalarla uzadıla bilər. Terminal, həmçinin “USB Type-C” portu vasitəsilə 60 Vt xarici enerji mənbəyindən şarjı dəstəkləyir.

Daxili batareyasına baxmayaraq, “Starlink Mini 2” sələfindən daha nazikdir; korpusun qalınlığı 23,1 millimetrdir, orijinal “Starlink Mini”də isə bu göstərici 38,5 millimetrə çatır. Bununla belə, yeni cihaz bir qədər ağırdır və təxminən 1,6 kiloqram çəkisi var.

Terminal IP67 toz və nəmdən qorunma səviyyəsinə malikdir və bu, onu açıq havada istifadə üçün uyğun edir.

Hazırda “Starlink Mini 2” üçün əvvəlcədən sifarişlər yalnız şirkətdən dəvət almış ABŞ-dəki seçilmiş müştərilər üçün mümkündür. Bu məlumat “Starlink”in rəsmi saytında yerləşdirilib. “SpaceX” gələcəkdə cihazı digər ölkələrdəki müştərilər üçün də əlçatan etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью