Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
“SpaceX” şirkəti süni intellekt sistemlərinin işləməsi üçün kosmosda məlumat mərkəzləri yaratmağa hazırlaşır. ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) şirkətin 1 milyona qədər peykdən ibarət sistem qurmaq planını təsdiqləyib.
Banco.az xəbər verir ki, layihə “SpaceX”ə süni intellektin artan hesablama gücü ehtiyacını qarşılamaq üçün kosmosda xüsusi infrastruktur yaratmağa imkan verəcək.
Planlaşdırılan peyklər adi rabitə funksiyalarından əlavə, məlumatların emalı üçün hesablama sistemləri ilə təchiz olunacaq. Onların Günəş enerjisindən istifadə etməsi nəzərdə tutulur. Peyklər arasında məlumat mübadiləsi isə lazer rabitəsi vasitəsilə həyata keçiriləcək.
Layihənin əsas məqsədlərindən biri Yer kürəsindəki məlumat mərkəzlərinin yaratdığı enerji və infrastruktur yükünü azaltmaqdır. Süni intellekt texnologiyalarının inkişafı ilə məlumatların emalı üçün tələb olunan elektrik enerjisinə ehtiyac da artır. Kosmosda yerləşdiriləcək sistem bu sahədə alternativ həll kimi nəzərdə tutulur.
Layihə reallaşarsa, süni intellekt infrastrukturunun qurulmasında kosmosdan istifadə istiqamətində mühüm addımlardan biri ola bilər.