Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Starship” kosmik gəmisinin yuxarı pilləsi Texasdakı buraxılış meydançasına qayıdaraq mexaniki qollarla tutulub.
Bakıvaxtı.az xəbər verir ki, “SpaceX” şirkəti “Starship” raketinin yuxarı pilləsini uçuşdan sonra buraxılış qülləsinin mexaniki qolları ilə tutmağa nail olub.
Hadisə Texas ştatındakı Starbase bazasında baş verib. Kosmik aparat buraxılışdan təxminən 22 saat sonra geri qayıdıb.
Bununla belə, raketin gücləndirici pilləsi Meksika körfəzi üzərində partladığı üçün hər iki pillənin eyni vaxtda tutulması mümkün olmayıb.
Şirkət bu uğuru kosmik uçuşların tam təkrar istifadə edilə bilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.