Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İlon Maskın təsis etdiyi “SpaceX” şirkəti onun rəhbərlik etdiyi ”Tesla” və “xAI” ilə birləşməyi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentlik hesab edir ki, bu, dünyanın ən varlı adamının biznes imperiyasını möhkəmləndirmək istəyini göstərir.
“Bloomberg”in məlumatına görə, bəzi investorlar “SpaceX” kosmik şirkətinin elektrik avtomobil istehsalçısı “Tesla” ilə birləşmə perspektivini müsbət qiymətləndirir. Lakin süni intellekt startapı “xAI” ilə birləşmə də nəzərdən keçirilir.
Nəşr qeyd edir ki, bu sövdələşmələrdən hər hansı biri Yaxın Şərqdəki infrastruktur fondları və investorların əhəmiyyətli dərəcədə marağını cəlb edəcək.