Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynada oktyabrın 14-nə keçən gecə “Starlink” peyk rabitəsi terminallarının işində yaranan məhdudiyyət bir sıra mühüm hərbi missiyaların pozulmasına səbəb olub.
APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin sabiq müşaviri Serqiy Sternenko “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, terminallar saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitəni itirməyə başlayıb. Sternenko bunun nəticəsində bir sıra mühüm missiyaların baş tutmadığını bildirib.
O, “SpaceX” şirkətinin bu məhdudiyyətləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının müraciəti əsasında tətbiq etmiş ola biləcəyini ehtimal edib.