“SpaceX” və “Tesla” birləşmək niyyətindədirlər

21.10.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mümkün birləşməni müzakirə etmək üçün işçi qrupları yaradılıb

Amerikanın “SpaceX” və “Tesla” şirkətləri iki təşkilat arasında mümkün birləşməni nəzərdən keçirmək üçün işçi qrupları yaradıblar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə hər iki şirkətin baş direktoru olan amerikalı milyarder İlon Mask deyib.

““SpaceX” və “Tesla” bu birləşmə ideyasını müzakirə etmək üçün işçi qrupları yaradıblar. Düşünürəm ki, bu, yaxşı bir fikirdirmi? Bəli", - deyə o, “SpaceX”in üçüncü rüb maliyyə hesabatının təqdimatı zamanı bildirib.

Yayımın səs yazısı “X”də yerləşdirilib.

Mask mümkün birləşmənin çoxsaylı üstünlüklərə malik olacağına əminliyini bildirib. O, “SpaceX” və “Tesla”nın süni intellekt proqram təminatı hazırlamaq və çip dizaynı, robototexnika və digər sahələrdə yeni həllər tətbiq etmək üçün daha effektiv şəkildə birlikdə işləyə biləcəyinə inanır.

Lakin Mask qeyd edib ki, “Tesla” və “SpaceX” arasında birləşmənin qaçılmazlığı ilə bağlı fərziyyələr "mübaliğə" olar və son qərar işçi qrupların ixtiyarındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью