Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Amerikalı milyarder Elon Mask kosmik texnologiya nəhəngi SpaceX-i süni intellekt şirkəti xAI ilə birləşdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla daSpaceX sadəcə bir raket buraxma şirkətindən həm Yer kürəsində, həm də kosmosda süni intellekt miqyasını genişləndirəcək.
Məlumata əsasən, Mask bu birləşməni "ən iddialı və şaquli inteqrasiya olunmuş innovasiya mühərriki" kimi təsvir edib: "Bu birləşmədən sonra raket texnologiyası, peyk interneti və süni intellektı bir "dam" altında fəaliyyət göstərən nəhəng mərkzə çevriləcək".
O bildirib ki, birləşmənin mərkəzində kosmosda süni intellektin sürətlə artan enerji ehtiyaclarına həll yolu tapmaq ideyası dayanır. Mask iddia edir ki, Yer kürəsindəki infrastruktur nəhəng məlumat mərkəzlərinin enerji tələbatını ödəməkdə çətinlik çəkir: "Bu birləşmə və süni intelektin kosmosa daşınması ilə Yer üzündə enerji məhdudiyyətləri aradan qaldırılacaq. Kosmosdakı limitsiz günəş enerjisindən istifadə ediləcək. Bununla da dünyanın elektrik şəbəkələrinə təzyiq azalacaq".
Xəbərdə deyilir ki, SpaceX yeni birləşmə qərarına paralel olaraq bir milyon peyk buraxmaq üçün Federal Rabitə Komissiyasına (FCC) müraciət edib: "Bu peyklər kosmosda süni intellekt superkompüterləri olan orbital məlumat mərkəzlərinin onurğa sütununu təşkil edəcək".
İnanılmaz sayılsa da, iddialara gərə, qrbital məlumat mərkəzlərindən əldə edilən gəlir Aydakı bazaları və Marsda daimi insan məskunlaşmalarını maliyyələşdirmək üçün nəzərdə tutulur: "Beləliklə, süni intellekt bəşəriyyətin çoxplanetli bir növə çevrilmək məqsədi üçün həm beyin, həm də xəzinə olacaq".
Lamiyə Əhmədli
MİA.AZ