“SpaceX”dən rekord: 38 dəqiqəyə iki raket

17.08.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"SpaceX" iki ayrı “Falcon 9” raketini cəmi 38,5 dəqiqə fərqlə kosmosa göndərərək şirkət tarixində ən qısa buraxılış intervalına imza atıb.

“Bakupost” xəbər verir ki, ilk raket “Globalstar”ın aşağı Yer orbitindəki peyk şəbəkəsini yeniləmək üçün 8 peyk daşıyıb. İkinci “Falcon 9” isə ABŞ Kosmik Qüvvələrinin məxfi “USSF-366” missiyasını həyata keçirib.

İkinci raketin ilk mərhələsi missiyanı başa vurduqdan sonra Sakit okeandakı pilotsuz platformaya uğurla enib. Bu eniş “Falcon” raket ailəsinin ilk mərhələlərinin 650-ci uğurlu enişi olub.

İki buraxılışın cəmi 38,5 dəqiqə fərqlə həyata keçirilməsi “SpaceX”in müxtəlif kosmik missiyaları qısa müddətdə hazırlayıb reallaşdırmaq imkanını nümayiş etdirib.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью