“SpaceX”dən rekord razılaşma

27.10.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“SpaceX” süni intellekt infrastrukturunu genişləndirmək üçün “Apollo Global Management” ilə təxminən 40 milyard dollarlıq maliyyələşdirmə razılaşmasına gəlib.

“Bakupost” xəbər verir ki, maliyyələşdirmə “Nvidia” şirkətinin yeni nəsil “Vera Rubin” çiplərinin və əlaqəli avadanlıqların alınmasını əhatə edir. Bu, indiyədək qrafik prosessorların alınması üçün elan edilmiş ən böyük maliyyələşdirmə öhdəliyi kimi qiymətləndirilir.

Razılaşmanın ilin sonunadək tamamlanması, çiplərin və avadanlıqların isə 2027-ci ilin ilk yarısında təhvil verilməsi gözlənilir.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью