Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“SpaceX”in kosmosda məlumat mərkəzi layihəsinə icazə verilib.
Banco.az xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinin kosmosda məlumat mərkəzləri qurmaq məqsədilə 1 milyon peyk buraxılmasına dair müraciətini təsdiqləyib.
FCC-nin açıqlamasında ABŞ tarixində ilk dəfə kosmosda məlumat mərkəzləri şəbəkəsinin yaradılmasına icazə verildiyi bildirilib.
Kosmos, aviasiya və süni intellekt sahələrində fəaliyyət göstərən “SpaceX” şirkətinə böyük həcmdə məlumatları emal edəcək orbital hesablama modullarını yerləşdirmək üçün icazə verilib. Sistemin FCC-nin orbital tullantılarla bağlı qaydalarına uyğun fəaliyyət göstərəcəyi qeyd olunub.
1 milyona qədər peykdən ibarət olacaq
“SpaceX” süni intellekt hesablamalarına artan tələbatın ödənilməsinə töhfə vermək məqsədilə 1 milyona qədər peykdən ibarət “Starmind” şəbəkəsi quracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!