Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ-nin investisiya bankı Morgan Stanley son aylarda dəyər itirən “SpaceX” səhmləri ilə bağlı müsbət proqnozunu qoruyub.
“Bakupost” xəbər verir ki, bankın analitiki Adam Jonas səhmlərin ucuzlaşmasının şirkətin maliyyə vəziyyəti ilə deyil, investorların bazardakı gözləntiləri ilə əlaqəli olduğunu bildirib.
Analitik “SpaceX”üçün 300 dollarlıq hədəf qiymətini qüvvədə saxlayaraq, hazırkı qiymətlərin investorlar üçün alış imkanı yaratdığını qeyd edib.
Məlumata görə, “SpaceX” səhmləri IPO-dan sonra gördüyü 225,64 dollarlıq zirvədən geriləyərək 135 dolların altına düşüb. Səhm son ticarət gününü 115,07 dollar səviyyəsində başa vurub.
Morgan Stanley hesab edir ki, bazar şirkətin süni intellekt sahəsindəki potensialını tam qiymətləndirmir. Bankın fikrincə, bu istiqamətdəki inkişaf gələcəkdə şirkətin dəyərinin artmasına müsbət təsir göstərə bilər.
Vüsalə Hüseynova,
BakuPost