Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yuventus”un baş məşqçisi Luçano Spalletti komandasının gənc lideri, türkiyəli cinah oyunçusu Kenan Yıldızı tərifləyib.
İdman.Biz bildirir ki, o, oyunçunu yadplanetli adlandırıb.
“Kenan Yıldız adi oyunçu deyil. O, yadplanetlidir. İnanın mənə, o, yadplanetlidir!”, - jurnalist Fabrizio Romano sosial mediada Spallettinin dediklərini sitat gətirib.
Bu mövsüm Yıldız bütün yarışlarda 29 oyunda meydana çıxıb, doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.
Yıldız əvvəllər Premyer Liqanın bir sıra aparıcı klubları ilə əlaqələndirilib. “Liverpul”, “Çelsi” və “Arsenal” klubları da maraqlarını ifadə ediblər.