Spartak braziliyalı hücumçusu ilə vidalaşdı

14.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Moskva "Spartak"ının hücumçusu Villian Joze ilə əməkdaşlığa son qoyub. 

Fanat.Az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Braziliyalı forvard Rusiya təmsilçisinə 2024-cü ilin yayında, 2 milyon avro qarşılığında "Betis"dən transfer olunmuşdu.

Qeyd edək ki, Joze “Spartak”ın forması 13 matça çıxaraq 1 qol vurub. Onun Braziliyanın "Baiya" klubuna keçəcəyi gözlənilir.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью