“Spartak”dan “Beşiktaş”a 25 milyon avroluq təklif

15.02.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeş Moskva “Spartak”ının hədəfindədir. 

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro ödəməyə hazırdır. Hazırda klublar arasında danışıqlar gedir. 

Jedson Fernandeş 2022-ci ilin yayından “Beşiktaş”da forma geyir. Bu müddətdə o, bütün turnirlərdə 114 matça çıxıb, 14 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyalı futbolçunun “Beşiktaş”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью