Spartakın futbolçusu rekorda imza atıb

05.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskvanın "Spartak" klubunun futbolçusu Manfred Uqalde Rusiya Premyer Liqasında rekorda imza atıb.

"Report" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kosta-rikalı hücumçu Rusiya çempionatları tarixində ardıcıl üç oyunda 8 qol vuran ilk futbolçu olub.

Bundan əvvəl İqor Simutenkov, Artyom Dzyuba, Vaqner Lav və artıq karyerasını bitirmiş Seydu Dumbiya ardıcıl üç matçda 7 qol vurmuşdu.

Qeyd edək ki, M.Uqalde 2024-cü ilin yanvarında "Spartak"a transfer olunub. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. 22 yaşlı oyunçu 21 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью