Spartakın hücumçusundan unikal göstərici

05.12.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Spartak"ın futbolçusu Manfred Uqalde Rusiya Premyer Liqasında rekorda imza atıb. Sport24.az Moskva klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, kosta-rikalı hücumçu Rusiya çempionatları tarixində ardıcıl üç oyunda 8 qol vuran ilk futbolçu olub.

Bundan əvvəl İqor Simutenkov, Artyom Dzyuba, Vaqner Lav və artıq karyerasını bitirmiş Seydu Dumbiya ardıcıl üç matçda 7 qol vurmuşdu.

Qeyd edək ki, Uqalde 2024-cü ilin yanvarında "Spartak"a transfer olunub. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. 22 yaşlı oyunçu 21 matçda iştirak edib, 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью