Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikalı kinorejissor, ssenarist, "Spider-Man" və "Evil Dead" filmlərinin aktyoru Skott Şpigel vəfat edib. Onun 67 yaşı var idi.
Oxu.Az Kp.ru-ya istinadən xəbər verir ki, sənətçinin ölümü barədə "Evil Dead 2" filminin xüsusi effektli makiyaj komandasının üzvü Robert Kurtsman məlumat verib.
Şpigelin ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, o, kino sənayesində 1970-ci illərin sonlarında ssenarist və aktyor kimi işləməyə başlayıb.
Şpigel "Spider-Man", "The Quick and the Dead", "Drag Me to Hell", "Doctor Strange in the Multiverse of Madness" və digər filmlərdəki rolları ilə tanınır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.