Spiker: 2025ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi Prezidentin konstitusiya dəyərlərinə sadiqliyini sübut edir

29.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi onun konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini sübut edir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“İnamla söyləmək olar ki, “Konstitusiya və Suverenlik ili” milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə, azərbaycanlıların daha sıx birləşməsinə şərait yaradacaq”, - deyə sədr əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью